17 Aprel 19:51

 “Melissa Group” “insan resursları üzrə menecer – İR meneceri” vakansiyası elan edir

 “Melissa Group” “insan resursları üzrə menecer – İR meneceri” vakansiyası elan edir:

İş barədə məlumat:

– Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;

– Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlaması və həyata keçirilməsi;
– İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin yazılması, Elektron Hökumət Portalına daxil edilməsi, vəzifə təlimatlarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
– İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
– Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
– Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
– Sosial müavinətlərin hesablanması;
– İşçilərin icbari sığortasının və tibbi sığortanın həyata keçirilməsi;
– İnsan resursları şöbəsinə aid hesabatların tərtib edilməsi, rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
– Ofisdaxili idarəetmə işlərinin həyata keçirilməsi;
– İş vaxtı – saat 10:00-19:00
– Əməkhaqqı – 1200 manat

Tələblər:

– AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
– İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
– İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
– Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
– Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
– Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
– MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
– İnsan resursları sahəsində 4-dən az olmayan iş təcrübəsi;

Qeyd: Yüksək seqmentə aid olan brendlərlə iş təcübəsinin olması üstünlükdür.

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “İR Menecer Edumap.az” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur

Bəyən və paylaş

Rəylər

rəy(lər)