Məlumat mərkəzi (Rəqəmsal) – kiçik mütəxəssis / mütəxəssis vakansiyası

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi Edumap.az” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

Vəzifə: Məlumat mərkəzi (Rəqəmsal) – kiçik mütəxəssis / mütəxəssis

Region: Bakı

Öhdəliklər:

• Müştərilər tərəfindən sosial şəbəkələr vasitəsilə ünvanlanmış müraciətlərin cavablandırılması
• Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
• Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
• Daxil olan müraciətlər zamanı satışın həyata keçirilməsi və təyin olunmuş hədəflərin icrası
• Aylıq müvafiq hesabatların hazırlanması

Tələblər:

• Ali təhsil
• Səlis Azərbaycan dili biliyi, Rus dilində yüksək yazı bacarığı, İngilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
• İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

Bir cavab yazın

Back to top button