Məlumat Mərkəzində menecer vakansiyası

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məlumat Mərkəzinə menecer” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Call center_Manager” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Alternativ kanallarla satış şöbəsi, Məlumat mərkəzi
Vəzifə: Şöbə meneceri
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

– Məlumat Mərkəzində təyin olunmuş iş qrafiki üzrə operatorların işinin effektiv və fasiləsiz şəkildə təmin edilməsi;
– İşin gedişatı üçün lazımi prosedur, qayda, skriptlərin yazılması;
– İş modellərinin və program təminatının təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
– Cari iş proseslərinin nəzarətdə saxlanılması, pik saatlarını düzgün təyin edilməsi;
– Mütəxəssislərin üçün maddi və qeyri-maddi motivasiyanın yaradılması;
– Stressdən azadolma metodlarının tətbiqi;
– Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
– Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
– Daxil olan və çıxan zənglərin effektiv idarə olunması, skriptlərin təkmiləşdirilməsi;
– Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
– İşçilərin işə qəbulu və adaptasiyasında iştirak;
– Bankın sosial platformalar vasitəsi ilə daxil olan sorğuları effektiv cavablamaq və idarə etmək üçün sistemin təşkil olunması;
– Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak.

Tələblər:

– Məlumat Mərkəzində ən azı 5 il iş təcrübəsi;
– Azərbaycan dili, Rus dilini mükəmməl səviyyədə bilməli, İngilisi dili biliyi arzuolunandır;
– Məlumat Mərkəzlərinin işinin təşkili üçün mühüm olan program təminatları üzrə texniki biliklər biliklər;
– Əmək qanunvericiliyi əsasları haqqında biliklər;
– Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklər;
– Güclü idarəetmə və komunikasiya bacarığı;
– Analitik düşüncə və təhlil vərdişləri.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Yığım sığortasına qoşulma imkanı;

Bir cavab yazın

Back to top button