Memarlıq və İncəsənət İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

Memarlıq və İncəsənət İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. Vakant yer institutun Kulturologiya şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə 1 yerdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər kulturologiya (mədəniyyətşünas) ixtisası üzrə bakalavr və magistr təhsilinə malik olmalıdır.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115

Telefon: (+994 12) 539 35 39

Bir cavab yazın

Back to top button