7 Mart 18:44

“Mən Belarus haqqında nə bilirəm?” adlı esse müsabiqəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi martın 6-dan 27-dək gənclər arasında “Mən Belarus haqqında nə bilirəm?” adlı esse müsabiqəsi elan edir.

AZƏRTAC xəbər verir ki, müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Belarus Respublikası haqqında məlumatlılığın artırılması və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir.

16-29 yaş arasında gənclər müsabiqədə iştirak edə bilər. Müsabiqənin şərtlərinə əsasən hər bir müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap olunmamış və 2500 sözdən artıq olmayan esselərə müsabiqəyə qatıla bilər. Azərbaycan, rus və ya belarus dillərində yazıla bilən esselərin mövzuları aşağıdakılardır:

– “Fəth edilməmiş torpaq: Belarus tarixində müstəqillik uğrunda mübarizə”

– “Əsrlər boyu yaşayan adlar. Belarus onlarla fəxr edir”;

– “Belarus Böyük Vətən müharibəsi zamanı (1941-1945)”;

– “Müasir Belarus”;

– “Ağ qanadlar altında torpaq: Belarus təbiətinin zənginliyi”.

– “Belarusda multikulturalizm: Müxtəlif xalqların və dinlərin Belarusda birgə yaşayışı”.

Müsabiqədə iştirak etmək üçün esse, müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi (nümunə əlavə olunur), şəxsiyyəti təsdiq edən sənəd və ya onu əvəz edən sənədin surətinin təqdim olunması vacibdir.

Esselər yalnız elektron formatda [email protected] elektron poçt ünvanında qəbul olunur.

Qeyd edək ki, müsabiqədə ilk beş yeri tutmuş qaliblər xüsusi diplomlar və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)