5 Dekabr 16:59

“Mən bir ağac əkmişəm” layihəsi davam edir

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə icra olunan “Mən bir ağac əkmişəm” layihəsi davam edir. Layihənin növbəti mərhələsində iştirakçıları daha da maraqlı anlar gözləyir. Belə ki, növbəti təlimimiz 09.12.2016-cı il tarixində darıxdırıcı zallardan bir az kənarda Botanika bağında olacaq. Səfər zamanı layihə iştirakçıları həm açıq havada bağda olan bitki aləmi ilə tanış olacaq, həm də bağın nəznində fəaliyyət göstərən laboratoriyaları da görmüş olacağıq. Səyahət zamanı gənclərə məhz layihəmizin adından göründüyü kimi bitkilərə necə qulluq olunmalı, necə əkilməli əyani şəkildə Sizlərə göstəriləcək.

Növbəti təlimin sinif otaqlarından nisbətən kənar olmasında məqsədimiz həm Siz iştirakçıların bir az da olsa dincəlməsini və həm də dərs mühitindən kənar sərbəst vaxt keçirməklərini təmin etməkdir.

10.12.2016-cı il tarixində isə savadı və fikirləri ilə bir çoxlarının sevimlisi olan Sakin Cabbarovun təqdima-tında “Nüvə texnologiyalarının və nano texnologiyanın bioloji zərərləri” mövzusunda Bakı Ali Neft Məktəbində növbəti təlimimiz olacaq.

Hər birinizin iştirakını səbirsizliklə gözləyirik.

İştirakınızı təsdiq etmək üçün 08.12.2016-cı il tarixinədək yenilikci@mail.ru ünvanına təsdiq məktubu yazmağızı və hər hansı sualınız olarsa 050-257-11-85 zəng etməyinizi xahiş edirik.

Bəyən və paylaş

Rəylər

rəy(lər)