13 İyul 22:52

“Məndən Marketoloq Olarmı?” adlı ödənişsiz seminar

Student Club Azerbaijan və Maliyyə Elm Tədris Mərkəzi təqdim edir!

“ Məndən marketoloq olarmı?” – bu sualı tez-tez özünə verib cavab tapa bilməyənlər, Student Club Azerbaijan sizi marketinq sahəsində karyera qurmaq mövzusunda keçiriləcək seminara dəvət edir.

Hər gün daha da dinamikləşən əmək bazarında gənclər üçün ən vacib qərarlarından biri karyera və peşə seçimi ilə bağlıdır. Məlumat az olduqda, perspektiv və təhlükələri qabaqcadan müəyyən etmədikdə düzgün seçim etmək çətin olur. Marketinq gənclər arasında çox cəlbedici sahədir. Ona görə də özünü bu sahədə görmək istəyən çoxdur. Bu seminarda marketoloqlar haqqında danışacağıq ki, bu peşəni seçmək istəyənlər, istəməyənlər öz tərəddüdlərinə son qoysunlar.

Təlimçi-İlham Ali Yusif Marketinq və PR, Layihələrin İdarəedilməsi və Tədbirlərin təşkili üzrə gənc mütəxəssis kimi yetişməsinə son 10 il ərzində dövlət, qeyri-hökumət və biznes sektorları üzrə müxtəlif təşkilatlarda çalışaraq işgüzarlığı və uğurlu karyera qurmaq motivasiyası ilə nail ola bilib. Hazırda British Council təşkilatında Layihə meneceri kimi çalışır. Biznes və fərdi inkişaf üzrə bloqer və fərdi konsultant kimi fəaliyyət göstərir.

Gələcəkdə öz karyerasını marketinq sahəsində qurmaq istəyən hər kəs seminarda iştirak edə bilər

Seminarın dili: Azərbaycan

Seminar 18 iyul tarixində baş tutacaq, 16: 00 da başlayıb 18: 00-da başa çatacaqdır.

Ünvan : 50, Heydər Əliyev, Bakı AZ 1154, Azərbaycan

QEYD: Seminarda iştirak ödənşsizdir.
Seminarda iştirak etmək üçün qeydiyyat linki : https://goo.gl/AV6Hyz

Bəyən və paylaş

Rəylər

rəy(lər)