“Məni çağırırsan, Azərbaycan” adlı   fotosərgisi  açılacaq

13 oktyabr 2017-ci ildə saat 17-00-da Bakı şəhərində “NUR ART House” qalereyasında rus foto rəssamı və jurnalisti Svetlana Komkovoyun “Məni çağırırsan, Azərbaycan” adlı   fotosərgisi  açılacaqdır.

Sərgi Başqırdıstan respublikasının Ufa şəhərindəki  Rusiya Foto Rəssamlar Birliyinin Regional Şöbəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılıqı ilə baş tutub.

Foto sərginin təşkilinə “NUR ART House” qalereyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgidə S.Komkovanın Azərbaycanda gəzdiyi gördüyü yerlərdən bəhs edən fotolar nümayiş olunacaq.

Sərgiyə giriş sərbəstdir.(pulsuzdur)

Ünvan. Bakı.İçərişəhər Qəsr küçəsi 27

Rəylər

rəy(lər)