9 Noyabr 23:01

“ Mənim biznes planım” adlı təlimi keçiriləcək

Biznes sahəsi ilə maraqlanan gənclərin nəzərinə !
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyilə “Biznes etikası və mədəniyyəti “ layihəsi çərçivəsində 14 noyabr saat 15:00 – da ATGTİ –nin qərargahında biznes sahəsi üzrə məşhur təlimçi Xəyal Abdullayevin “ Mənim biznes planım” adlı təlimi keçiriləcək. Təlimdə “Biznes fəaliyyəti”, “Biznes mühitində rəqabət”, “Biznes mədəniyyəti” kimi mövzular müzakirə olunacaq. Sonda fəal iştirakçılar kitabça və sertifikatlarla təltif olunacaqlar. Təlimdə iştirak sərbəstdir.

Bəyən və paylaş
Tweet