“Mənim ikinci peşəm” layihəsinin icrasına start verilir

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyi ilə 8­-ci qrant müsabiqəsinin qalibi Afaq Hüseynovanın rəhbəri olduğu “Mənim ikinci peşəm” layihəsinə start verilir.  Layihənin əsas məqsədi gənclər arasında incəsənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, istedadlı gənclərin öz bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

 

Layihədə gənclər arasında incəsənət sahələrinə maraq oyatmaqla orta məktəblərin yuxarı sinif şagirdləri və ali, həmçinin orta ixtisas məktəblərinin tələbələri ilə rəsm, heykəltəraşlıq və modelyerlik kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Layihənin əsas hədəf qrupu 17-25 yaş arasında olan ölkəmizdə təhsil alan gənclərdir. Layihənin ilkin hazırlıq işləri və təlimlər Bakıda, təbliğat materiallarının paylanması Bakıda və Sumqayıtda həyata keçiriləcəkdir.

Layihə çərçivəsində keçiriləcək kurslarda iştirak etmək istəyən gənclər ad, soyad və əlaqə vasitələrini [email protected] email ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button
Close