“Mənim seçimim” Abituriyentlər üçün təlimlər silsiləsi

Əziz abituriyentlər, başa düşürük ki, pandemiya dövründə ən çox əziyyət çəkənlərdən biri də siz oldunuz. İmtahanlar bir neçə dəfə təxirə salındı, isti havalar, eyni zamanda hazırlıq kurslarının və repetitorluq fəaliyyətinin mövcud olmaması da müəyyən çətinliklər yaratdı.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation və Gənclərin İnkişaf və Karyera Mərkəzi sizin pandemiya dövründə qarşılaşdığınız çətinliklərlə baş etməyiniz üçün sizi “Mənim seçimim” Abituriyentlər üçün təlimlər silsiləsinə qoşulmağa dəvət edir. 

Təlimlər zamanı sizə mütəxəssislər tərəfindən imtahan stressi, evdə imtahanlara hazırlaşmağın yolları, ixtisas seçimi, motivasiya ilə bağlı dəyərli məsləhətlər veriləcək.

Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçmək üçün tələsin!

🔗Qeydiyyat üçün link: https://forms.gle/CXGVqBm4rJz4jgfC7
Son qeydiyyat tarixi: 31 iyul

QEYD: Təlimlər interaktiv metodlarla keçiriləcək.

Bir cavab yazın

Back to top button