20 Fevral 13:32

“MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə yekun vurulub

Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, “Hədəf” Nəşrləri, “IB CLUB” Gənclərin İnkişaf Mərkəzi, “Velosport” mağazası və “Ladies on Bikes” həvəskar velosiped klubunun birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə qaliblərinin mükafatlandırılması və layihəyə təqdim olunmuş yazılardan ibarət kitabın təqdimat mərasimi 21 fevral, saat 12:00-da Rəşid Behbudov adına Mahnı Teatrında həyata keçiriləcək.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 200-ə yaxın yazı təqdim edilib ki, onların da içərisindən ən yaxşı 30 məqalə seçilərək “MƏNİM VELO-MƏQALƏM” kitabına salınaraq çap edilib. Yazıların qiymətləndirilməsi “Hədəf” Nəşrlərinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqənin yekununa əsasən, I, II və III yerləri tutan ən yaxşı yazı müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq. Müsabiqənin qalibinə isə milli velosiped brendimiz olan “İSMA BİKES” velosipedi hədiyyə olunacaq. Bundan başqa, 10 həvəsləndirici mükafat da nəzərdə tutulub

Bəyən və paylaş
Tweet