Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə mərhum tələbə İbrahim Haşımlının xatirəsinə hərs olunmuş Tələbə Kuboku keçiriləcəkdir.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbə Kuboku intellektualın məhhum oyunçusuna hərs olunur. Kubok çərçivəsində finalda 25 komanda mübarizə apracaqdır. Eyni zamanda təhsilini davam etdirdiyi Gəncə şəhərinin tələbələrindən ibarət komanda da turnirə qatılacaqdır.

Layihənin keçirilməsində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, mərhumun xatirəsinin əziz tutulması və intellektual oyunlar hərəkatının tələbələrin ayrılmaz həyat tərzini reallaşdırılmasıdır.

36 sualdan ibarət kubokda Azərbaycan Dövlət Pedaqoji Universitetin komandaları ilə yanaşı digər universitetdən və dostları da layihəyə qatılacaqlar. Tələbə Kuboku 25 fevral 2017-ci il tarixində təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcəkdir.
Turnir “Nə? Harada? Nə zaman?” tipli 36 sualdan və 3 turdan ibarət olacaq.
İştirak edəcək komandaların siyahısı 23.02.2017 tarixində açıqlanacaqdır.
Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz
http://goo.gl/Tt38YO

Son qeydiyyat tarix 23.02.2017 saat 20:00.
Məkan: ADPU I korpus
Tarix: 25.02.2017 14:00

Bir cavab yazın

Back to top button