19 Yanvar 15:18

Mərkəzi Bank İnternatura proqramına qəbul üçün müsabiqə elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2017-ci il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

İnternatura proqramına iş təcrübəsi olmayan, İqtisadiyyat, Kompyuter elmləri və informasiya texnologiyaları, Maliyyə, Mühasibat uçotu, Menecment və Tətbiqi riyaziyyat ixtisaslar üzrə bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistr tələbələr müraciət edə bilərlər.

İnternatura proqramı 03 iyul-15 sentyabr 2017-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq doldura bilərsiniz.

Son müraciət tarixi 03 fevral 2017-ci ildir.

Bəyən və paylaş