reklam

Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul imtahanının siniflər üzrə nəticələri gün ərzində müəyyən fasilələrlə elan olunacaq

Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul imtahanının siniflər üzrə nəticələri gün ərzində müəyyən fasilələrlə elan olunacaq! Bu zaman şəxsi kabinetdə qeyd olunan əlaqə nömrəsinə sms bildiriş göndəriləcək. Nəticələrlə şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az/login) şəxsi kabinetinizə daxil olaraq tanış ola bilərsiniz. Nəticələrlə tanış olduqdan sonra lisey seçimi prosesi başlayacaq və bu mərhələdə şagirdlərə 3 lisey seçimi şansı veriləcək. Qeyd edək ki, lisey seçimi iyul ayının 4-də başa çatacaq. Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir: Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:
  1. Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;
  2. Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;
  3. Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;
  4. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  5. Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;
  6. Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;
  7. Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;
  8. Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;
  9. Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  10. Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  11. Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
  12. Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;
  13. Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.
Digərləri:
  1. Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey;
  2. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
  3. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
  4. Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;
  5. Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
  6. Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
  7. Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;
  8. Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;
  9. Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.
  10. _____________________________________________________________________________________________________________________
    BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
    FACEBOOK:Edumap.az
    İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az