“Məşğulluğa Dəstək Layihəsi” üzrə 2022-ci il üçün müraciətlərin qəbuluna başlandı

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 2022-ci il üçün müraciətlərin qəbuluna başlandı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə qoşulmaq üçün 2022-ci il üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.   Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İcrası zamanı işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, Vətən müharibəsi əlilləri, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər kateqoriyalardan olan şəxslərə üstünlük verilir. “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində aşağıda qeyd olunan istehsal və xidmət sahələri üzrə də kiçik bizneslərin qurulmasına dəstək göstərilir:  
1 Avtoçilingər xidmətləri 14 Döşəmə və parket cilalanması xidməti
2 Avtoelektrik xidmətləri 15 Poliqrafiya xidməti
3 Avtomobil şinlərinin bərpası və təmiri xidmətləri 16 PVC qapı və pəncərə istehsalı
4 Avtoyağlamaxidmətləri 17 Qadın gözəllik salonu
5 Avtotəmizləmə xidmətləri 18 Kiçik dərzi sexi
6 Ayaqqabı təmiri və istehsalı 19 Un məmulatları istehsalı
7 Broyler inkubatoru 20 Aqroturizm
8 Kiçik dəmirçi sexi 21 Telefon təmiri
9 Dönərxana 22 Çatdırılma xidməti
10 Kiçik dülgər sexi 23 Avtorəngsaz
11 Kiçik foto atelye 24 Xalça yuma xidməti
12 İstixana biznesi 25 Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti
13 Kişi bərbərxanası 26 Su sızması aşkarlama xidməti
  Layihədə iştirak etmək üçün www.e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin saytında yerləşdirilən “Layihələr üzrə müraciət forması”nı doldurmaqla, (https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform) və ya Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edərək qeydiyyatdan keçmək mümkündür. Layihəyə müraciət qaydası barədə https://youtu.be/ANZ9qbnZ1IA təlimat videosu vasitəsilə və ya 142 - Çağrı mərkəzinə zəng etməklə də ətraflı məlumat əldə etmək olar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az