3 Oktyabr 15:12

“Məşğulluq akademiyası” layihəsi keçiriləcək

Gənclərin məşğulluq problemi və bu problemin həlli istiqamətində məhsuldar nəticələrin əldə olunmasını əsas tutaraq, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Port of Baku – Bakı Limanı) əməkdaşlığı və “Qaradağ Gənclər Evinin” təşkilatçılığı ilə Qaradağ gənclərini əhatə edəcək “Məşğulluq akademiyası” layihəsini həyata keçirəcəyik.
Akademiyanın məqsədi işsiz və iş axtaran vətəndaşların əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların yeni peşələrə yiyələnməsinə şərait yaradılması istiqamətində işlərin aparılmasıdır. Gənclərin əmək bazarına çıxış imkanlarına nail olması gözlədiyimiz ən mühüm gözləntidir.

Namizədlər üçün tələblər:

 Yaş həddi 20 – 29 yaş aralığında olmalı;
 Hər hansısa peşə ixtisası üzrə təhsil (məktəb və ya kurs) sənədinin olması;
 Rəsmi yaşayış ünvanını Qaradağ rayonu ərazisində olmalı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Məşğulluq Edumap.az” yazaraq 15.10.2019-cu il tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən layihə üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)