Məşhur “Gəncsən? Başla!” kitabının imza günü keçirləcək

Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən, Dr, dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabı oxucular və xüsusən də tələbə-gənclər arasında çox qısa bir zamanda populyarlıq qazanıb.

“Azərbaycan Universitetei, YARAT Friends, Azərbaycan Dəmir Yolları Qapalı Səmdar Cəmiyyəti və ASAN Könüllüləri təşkilatının təşkilati dəstəyi ilə “Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabının geniş ictimaiyyət üçün imza günü keçiriləcəkdir.

Qeyd edək ki, “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə təqaüd proqramına yönəldiləcək.

İmza günü, 4 noyabr 2017-ci il tarixində 2 saylı “ASAN Kommunal” mərkəzində, Bakı Dəmir yol vağzalının 2-ci mərtəbəsində (28 may metro stansiyasının yanı) saat 12.00-dan saat 15.00-a dək davam edəcəkdir.

Rəylər

rəy(lər)