12 İyun 14:45

“Mətanət A” şirkəti İşə qəbul üzrə Baş mütəxəssis vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

  • Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
  • Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
  • Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək
  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
  • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunansənədlərin qəbulu və s.
  • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
  • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
  • Rəhbərliyin işə qəbulla bağlı bilik və bacarıqlarının artırılması məqsədi ilə öz tövsiyyələrini vermək və şirkətin işə qəbul prosedurları ilə bağlı işçiləri bilgiləndirmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

 

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

 

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

 

Tələblər:

  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır(
  • Ali təhsil. Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
  • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
  • Mülki tikinti sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis – yaxşı, Rus dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

 

 

Qeyd:

 

  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.
Bəyən və paylaş

Rəylər

rəy(lər)