“Mətanət A” şirkəti İstehsal müdiri vakansiyanı elan edir
“Mətanət A” şirkəti İstehsal müdiri vakansiyanı elan edir
İşin təsviri:
- İstehsal sahəsində çalışan işçilərə rəhbərlik edir;
- Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;
- Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
- İstehsalda işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
- Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;
- Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək;
- İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;
- Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
- İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət.
Əmək haqqı:
- Razılaşma yolu ilə
Tələblər:
- Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)
- Yaş həddi: 25-50;
- Kompüter biliyi: MS Office (Word, Excel);1C arzuolunandır ;
- Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)
- İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması;
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).