15 Mart 22:52

“Mətanət A” şirkəti  Zavod direktoru (Gürcüstan Respublikası) vakansiyanı elan edir

“Mətanət A” şirkəti  Zavod direktoru (Gürcüstan Respublikası) vakansiyanı elan edir

İşin təsviri:

 

  • Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
  • Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
  • Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
  • Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
  • Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi.

 

Əmək haqqı:

  • Razılaşma yolu ilə

 

İş yeri:

  • Gürcüstan Respublikası, Xaşuri rayonu, Qomi qəsəbəsi.

 

Tələblər:

  • Təhsil: Ali (bakalavr);
  • Yaş həddi: 30-50;
  • Kompüter biliyi: MS Office  (Word, Excel);1C və ya ERP proqramları bilənlərə üstünlük verilir;
  • İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
  • Dillər: Azərbaycan, Gürcü və Türk dili mükəmməl (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
  • İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 5 il təcrübə;
  • Azərbaycan və Türkiyə vətəndaşlarına üstünlük verilir.

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabliyyəti;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması;
  • Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
  • Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 

  • Bu sahə üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Bəyən və paylaş

Rəylər

rəy(lər)