Mətbuat katibi vakansiyası

Araz Supermarketlər Şəbəkəsi Mətbuat katibi vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

– KİV-də şirkətin korporativ mövqeyi ilə bağlı materialların rüblük monitorinqini aparmaq, analitik informasiyalar hazırlamaq
– KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkətin korporativ mənafeinə aid dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
– Korporativ böhran kommunikasiyaları idarə etmək
– Media ilə əlaqələr, press-relizlərin hazırlanması, media monitorinqinin aparılması, mediada haqqımızda yazılan xəbərlərin operativ cavablandırılması, üst rəhbərinə hesabatların verilməsi

Tələblər:

– Ali təhsil;
– Jurnalistika və ya ictimaiyyətlə əlaqələr sahəsində 3 ildən başlayaraq iş təcrübəsi;
– KİV ilə sıx işləmə təcrübəsi;
– Səlis Azərbaycan dili (yazı və danışıq), rus dili aydın danışıq səviyyəsində, ingilis dili üstünlükdür;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Servis xidməti;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Mətbuat katibi” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button