21 Dekabr 17:14

Metodistlərin I Ümumrespublika Seminarı

25 dekabr 2017-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin Bakı Turizm Peşə Məktəbində “Metodistlərin I Ümumrespublika Seminarı” keçiriləcəkdir.
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək seminar çərçivəsində Mərkəz tərəfindən hazırlanan metodiki vəsaitlərin keyfiyyətinin artırılması, yerlərdə iş prosesində tətbiqi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılmış Metodiki Şuranın təsis toplantısının keçirilməsi, cari il müddətində hazırlanmış metodiki vəsaitlərin təqdimatı, “Mədəniyyət naminə elm” debat klubunun təqdimatı, Mərkəz ilə AMEA-nın Geologiya və Geofizika İnstitutu arasında anlaşma memorandumunun imzalanması da nəzərdə tutulur.

25 dekabr saat 10:00

Ünvan: Bakı Turizm Peşə Məktəbi

Cəfər Xəndan 17, Bakü
Bəyən və paylaş

Rəylər

rəy(lər)