Mexanika mühəndisliyi (NMF Günü)

Xəzər Mühəndislər İctimai Birliyi (CES) və Technical Education Center (TEC) – Mühəndislik Mərkəzinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində 10 həftəlik “Mühəndislik Karyerasının Kəşfiyyatı 2” layihəsinin 5-ci həftəsində Neft-Mexanika Fakültəsinin tələbələri üçün  ÖDƏNİŞSİZ “Mexanika mühəndisliyi” seminarı keçiriləcək.

Təlimçilər: Aqşin Həsənov (Foster Wheeler şirkəti); Fərid Əliyev (BP şirkəti)

Təlimin danışılacaq mövzular:
– Mexanika mühəndisi kimdir?
– Mexanika mühəndisinin sənayedə rolu
– Mexanika muhəndisliyinin prinsipləri
– Nasos və Kompressorlar
– Mexaniki kipləşdiricilər, yataqlar və dişli çarxlar
– Qaz türbinləri
– Hidravlika sistemləri
– İstilik dəyişicilər və təzyiqli çənlər
– Siyirtmələr
– Boru mühəndisliyi
– Statika və materiallar müqaviməti
– Karyera imkanları
– Sual-Cavab

Qeydiyyatdan keçmək üçün eventdə seminarda iştirak edəcəyinizi bildirib, online ərizə formasını doldurmalısınız: https://goo.gl/X8Vwdr

19 Noyabr saat 11:00

Qeyd: Seminar zamanı qarşılaçağınız məlumatların əksəriyyətini ilk dəfə eşidəcəyinizdən, qeydləri aparamaq üçün vəsait gətirməyiniz tövsiyyə olunur.

Ətraflı Məlumat üçün:
Email: [email protected]
TEC Ofis
Tel: +994 77 744 44 22
Universitet koordinatoru:
Tel: +994 55 485 15 05

Bir cavab yazın

Back to top button