9 May 10:27

Microsft Exceli nə üçün öyrənməliyik?

Excel Nədir? Microsft Excel və Excel Harada İstifadə edilir?

Microsoft Excel, Microsoft şirkəti tərəfindən elektron cədvəllər hazırlamaq məqsədi ilə hazırlanan,həm Windows, həm də Mac OS X platformalari üçün təqdim edilən bir elektron cədvəl proqramıdır. Excel sayəsində kompyuter istifadəçiləri müxtəlif formullardan istifadə edərək elektron cədvəl sistemi üzərindən : təşkil etməj, formaya salmaq, hesablamaq və hesabat kimi funksiyaları əziyyət çəkmədən həyata keçirilə bilər.

Excel, Microsoftun ofis işçiləri üçün təqdim etdiyi Microsoft Office proqram paketinin bir üzvüdür və digər MS Office proqramları ilə uyğun olaraq işləyə bilir. Excel-i istifadə edərkən istifadəçilər boş bir səhifə yerinə xana və sütun xətlərini istifadə edirlər. Bu xana və sütun xətləri ilə hər hesablama işləri üçün ayrı bir proqrama ehtiyac olmadan formulları istifadə edərək istədikləri hesabatları hazırlaya bilirlər.

Microsoft Excel

Excel və ya tam adı ilə Microsoft Excel, Microsoft Office proqram paketi içində təqdim olunun bir ofis proqramıdır. Digər ofis proqramları ilə uyğun olaraq işləyir və digər bütün elektron cədvəl proqramlarının sahib olduğu əsas xüsusiyyətlərə sahibdirlər. İlk dəfə kod adı Odyssey olaraq bilinən Excel, daha sonra Excel rəsmi adı ilə bazara çıxmışdır.

Excel proqramında hazırlanan və saxlanılan proqramlar .xls və ya .xlsx fayla formatına sahib olurlar. Excel sizə istədiyiniz hesabat və sənədi elektron cədvəl olaraq hazırlamaq üçün ehtiyacınız olanı artıqlaması ilə təqdim edən Microsoft Exceli əsas səviyyədə istifadə etməyi öyrəndikdən sonra istədiyinizi reallaşdırmaq üçün tək lazım olan şey bir az xəyal gücündən ibarət olacaq.

Microsoft Word proqramının əksinə olaraq Exceldə daha əvvəldə dediyimiz kimi xana və sütünlar istifadə edilir. 2003 və əvvəl yayımlanan Excel proqramı 65,536 sətir və 256 sütun işləmə gücünə malikdir. Excelin 2007 və sonrasında çıxan versiyalarında 1,048,576 sətir və 16,384 sütun istifadə etmək olur.

Excel proqramında hazırlayacağınız sətir və sütunların hər birini fərqli üsullarla formalaşdırmaq olur. Məsələn, arxaplan rəngi, sayı və ya tarix forması, böyüklük, mətin, yazı forması, sütun quruluşu kimi Exceldə istifadə edə biləcəyiniz bir çox düzəliş etmək və özəlləşdirmək üsulu var.

Excel Harda İstifadə Edilir?

Kompyuterinizdə hazırlamaq istədiyiniz bir sənədi düz bir fayl şəkilində hazırlamaqdansa elektornik cədvəllər hazıralamq bəzən böyük avantajlar verir. Məsələn, Excel-dən istifadə edərək aylıq gəlirinizi, iş və ya özəl həyat xərclərinizi, yoxlama və növbə cədvəli kimi bir çox hesabat fayllarını asanlıqla hazırlaya bilərsiniz.

Şəxsi həyatda da bir çox yerdə istifadə edilməsinə baxmayaraq, Excel daha çox iş sahəsində çalışanlar tərəfindən istifadə edilir. Əl ilə bir cədvəl hazırlamaq və ya bu cədvəli formalaşdırmaqdansa Excel ilə istənilən cədvəlin meydana gətirilməsi və müxtəlif düsturlarla nəticə əldə etmək daha məhsuldar bir üsuldur.

Məsələn, müəssisənin xərcləri ilə bağlı bir cədvəl hazırladığınızda Excelin köməkliyi ilə xərclərin cəminə çox asanlıqla sadə bir düstur tətbiq edərək əldə edə bilərsiniz. Ya da bütün xərclərin ən çox hansı olduğunu axtarmağınıza ehtiyac olmadan sadə düsturun köməkliyi ilə tapa bilərsiniz. Excelin sistematik quruluşunu bu nümunələrdən də gördüyünüz qədər işləri həm daha asan, həm də hasa qısa yol ilə həll etməyəkömək edir.

Xüsusilədə iş dünyasında işləyənlərin daha çox hesabat hazırlaması gərçəyini nəzərə alarıqsa,  bir işçinin yüksək səviyyədə MS Excel istifadə edə bilməsi isə işə götürülmə kriteryaları arasında daha vacib bir seçilmə kriteriyası olaraq qəbul edilir.

Excel dərslərini sıfırdan öyrənmək üçün Aminat School-da keçirilən, “Baza Excel” dərslərinə qoşula bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)