24 Mart 16:12

“Microsoft Excel – Data Analitika” adlı ödənişsiz seminar keçiriləcək

Əziz dostlar “Microsoft Excel – Data Analitika” adlı seminara hər birinizi dəvət edirik.

Müasir dövrümüzdə istənilən biznes sahəsi məlumat çoxluğu ilə üzləşib. Əfsuslar olsun ki, çox az şirkətlər bu məlumatları təhlil edib və özləri üçün nəticələr əldə edə bilirlər.

Bu səbəbdən İKT LAB məlumat idarəçiliyi və təhlili sahəsi üzrə silsilə təlim və seminarlara başlayır.

Əgər data menecment, data analitika və data optimallaşdırma kimi müasir trendlər sizlərə maraqlıdırsa, bu halda tədbirlərimizi qaçırmayın.

İlk seminarımız ödənişsizdir. Bu seminarda Ms Excel-in məlumatların idarə edilməsi və təhlili sahəsində olan imkanları nümayiş etdiriləcək.

Ölkəmizin bu sahə üzrə tanınmış gənc mütəxəssisi, Microsoft Excel üzrə nüfuzlu MVP statusuna malik Aydın Əliyevin təqdimatı ilə keçiriləcək seminarda Ms Excel proqramının məlumat idarəçiliyi sahəsində bir sıra üstünlüklərindən danışılacaq.

Eyni zamanda, Aydın Əliyev tərəfindən yaradılmış Excel XLRibbon aləti seminar iştirakçılarına təqdim ediləcək.

Hər birinizi 29 mart tarixində saat 10:00-da keçiriləcək seminarda gözləyirik.

📌 Seminara qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
http://www.iktlab.az/event/microsoft-excel-data-analitika-adli-seminar-kecirilecekdir

Ətraflı məlumat üçün:
📲(012) 505 01 13; (077) 505 01 13; WhatsApp: (051) 504 01 13

Bəyən və paylaş

Rəylər

rəy(lər)