Mikro-biznes kreditləri üzrə təcrübəçi vakansiyası

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən ,Bank Olmayan Kredit Təşkilatıdır. Müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və bütün ölkə ərazisində təmsil olunur.

“EmbaFinans” QSC Bakı, Gəncə, Masallı, Şəki, Sumqayıt şəhər filialları üçün Mikro-biznes kreditləri üzrə təcrübəçi vakansiyasını elan edir.

İş şəraiti

İş yeri-Embafinans QSC

Ünvan: Yasamal rayonu,Akim Abbasov küç.73 E

İş qrafiki5/2 (09:00-18:00)

Şirkət tərəfindən nahar ,

Korparativ iş mühiti

Təcrübə müddəti ərzində yol xərclərinin qarşılanması üçün müəyyən məbləğdə ödəniş;

Təcrübəni uğurla keçən namizədlər üçün işlə təmin olunma imkanı.

Qeyd: Filiallarda Təcrübə üçün müraciət edən namizədlər də təcrübəni EmbaFinans QSC-nin Baş ofisində (Yasamal rayonu,Akim Abbasov küç.73 E) keçəcək.

Əsas vəzifələri

• Yeni müştərilərin cəlb olunması və kredit məhsulları barədə məlumatlandırılması;

• Kredit üzrə müraciətlərlə bağlı biznes təhlilin aparılması;

• Biznes təhlillərlə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi;

• Müştəriyə kredit məhsullarına dair məsləhətlərin verilməsi;

• Kredit sənədlərinin tərtibatı;

• Kredit portfelinin formalaşdırılması və idarə olunması

Vəzifəyə olan tələblər

•        Bəy namizədlər

•        21-30 yaş;

•        Ali təhsil;

•        Yüksək səviyyədə Azərbaycan dili. (ingilis və rus dilini bilmək arzu olunandır);

•        Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;

•        Analitik qabiliyyət və riyazi düşüncə;

•        Şəffaflıq, çevik qərar vermə, detallara qarşı diqqətlilik;

•        MS office proqramlarında sərbəst işləmə bacarığı;

Maraqlanan namizədlər mövzu hissəsində çalışmaq istədiyi bölgənin adını (Bakı , Gəncə, Masallı, Şəki, Sumqayıtvə vakansiyanın adını qeyd etməklə,cv-ni [email protected] email ünvanına göndərə bilər. (Şəkilsiz cv-ə baxılmayacaq).

cv-lər 29.03.2020-29.04.2020-ci il tarixlərində dəyərləndiriləcək.

Bir cavab yazın

Back to top button
Close