Mikrokreditlər üzrə kiçik ekspertvəzifəsi üzrə vakansiya

Bank of Baku ASC Mikrokreditlər üzrə kiçik ekspertvəzifəsi üzrə vakansiyası elan edir. Vəzifənin təsviri: Mikrokreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır. Əsas vəzifə və öhdəliklər : Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi; Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi; Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi; Kredit portfelinə nəzarət və idarə olunması. Tələblər İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır) MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı Təşəbbüskar, aktiv və əzmkar olmalı Bank sektorunda karyera qurmağa həvəsli olmalı Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı İş yeri: Azneft filialı, Bakıxanov filialı, Əhmədli filialı, Həzi Aslanov filialı, Mərkəz filialı, Müştəri xidmətləri departamenti, Neftçilər filialı, Nəsimi filialı, Səməd Vurğun filialı, Xırdalan filialı, Lənkəran filialı, Şəki filialı, Şirvan filialı. İş vaxtı: 5 iş günü, 09:00-18:00 MÜRACİƏT QAYDASI: Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə (https://lnkd.in/eafPccXa) onlayn CV formamızı doldura və ya CV-lərisubject bölməsində "Mikrokreditlər üzrə kiçik ekspert" qeyd etməklə[email protected]mail ünvanına göndərə bilərlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az