MİL Sosium V & Gender II Təlim Proqramı
MİL Sosium & Gender MİL Şəbəkəsi daxilində gəncləri vətəndaş cəmiyyəti və gender mövzularında maarifləndirmək üçün təşkil edilmiş ictimai layihədir. Layihənin əsas məqsədi vətəndaş cəmiyyəti və gender anlayışlarının dərindən öyrədilməsi və Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. Layihə çərçivəsində təlimlər həftə sonları olmaqla 4 həftə ərzində həyata keçiriləcək. Layihəyə vətəndaş cəmiyyəti haqqında daha dərin biliklərə sahib olmaq istəyən bütün gənclər müraciət edə bilərlər. İştirakçılar müsahibə vasitəsi ilə seçiləcəklər. Sonda aktiv iştirakçılar sertifikatla təltif olunacaqlar. Layihədə iştirak ödənişsizdir.
Müraciət üçün son tarix: 8 Noyabr, 2016;
Təlim günləri: 12-13, 19-20, 26-27 Noyabr, 3-4 Dekabr (həftəsonları), 2016;
Müraciət anketi: https://goo.gl/qvf306
Əlaqə:
[email protected]
www.facebook.com/
MİL Sosium daxilində tədris edilən əsas mövzular:
– Vətəndaş cəmiyyəti haqqında ilkin anlayışlar;
– Demokratiya haqqında ilkin anlayışlar;
– Fərdi və ictimai həyat müzakirəsi;
– Sosial İş və Uşaq hüquqları haqqında;
– Cins, Gender, Cinsəllik;
– Heteronormativlik fövqündə həyat;
– Patriarxizmlə mübarizədə;
– Və.s
Qeyd edək ki, layihə HCC – Human Capital Consulting ilə əməkdaşlıq şəklində həyata keçirilir.