31 Oktyabr 12:34

Millət vəkili Şahin İsmayilovun Beyləqan gəncləri ilə görüşü keçiriləcək

Edumap.az xəbər verir ki, 81 saylı Beyləqan seçki dairəsindən V çağırış Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilovun Bakı şəhərində Beyləqan gəncləri ilə görüşü keçiriləcək.

Görüşün keçirilməsində əsas məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gəncləri dəstəkləmək, respublikamızın ictimai-siyasi həyatında Beyləqan gənclərin fəal iştirakına və onların ictimai fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinə dəstək göstərməkdir.

Görüşdə yalnız 14-29 yaş arası beyləqanlı gənclər qeydiyyatdan keçərək iştirak edə bilər. Görüşün keçirilmə yeri və tarixi barədə qeydiyyatdan keçən gənclərə ətraflı məlumat veriləcək.

Qeydiyyat üçün son tarix: 12.11.2016
Qeydiyyat üçün keçid: www.atgti.az/p/2346

Bəyən və paylaş

Rəylər

rəy(lər)