22 Oktyabr 15:40

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinə elmi işçi və S.Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinə kiçik elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Telefon: (+994 12) 492 38 27

Bəyən və paylaş

Rəylər

rəy(lər)