12 Sentyabr 01:44

Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinə müdir, Bərpa laboratoriyasına müdir, Arxeologiya elmi fond şöbəsinə aparıcı elmi işçi, Bərpa laboratoriyasına bərpaçı-rəssam (tekstil, dəri üzrə) və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinə ekskursiyaçısı (rus dilində) vəzifəsinə 1 yerdir.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:

– şəxsiyyət vəsiqəsinin surəti;

– kadrların şəxsi uçot vərəqi;

– tərcümeyi-hal;

– əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surəti;

– magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin təsdiq olunmuş surəti;

– elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin surətləri (aparıcı elmi işçi vəzifəsinə iddiaçılar üçün mütləqdir);

– elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar haqqında məlumat;

– yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;

– müəlliflik hüququ və ya patent ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri;

– çap olunmuş elmi əsərlərin, xüsusi təsir göstəricisinə (impakt faktor) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələrin surətləri (üz səhifəsi və mündəricatla bir yerdə);

– fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi;

– elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi,4.

Əlaqə nömrəsi: (+994 12) 598 17 39.

Bəyən və paylaş

Rəylər

rəy(lər)