7 Sentyabr 17:26

Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. Vakant yer muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilər. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Direktor adına ərizə;

– Tərcümeyi-hal;

– Kadrların şəxsi uçot vərəqi (2 ədəd 3×4 fotoşəkillə birgə);

– Əmək kitabçasının surəti;

– Elmi dərəcə haqqında diplomun surəti;

– Çap olunmuş elmi əsərlərin siyahısı.

Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi, 4.

Tel.: (+994 12) 598 17 45

Bəyən və paylaş

Rəylər

rəy(lər)