15 May 17:54

Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş iki tədbir keçiriləcək

18 may 2017-ci il saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş iki tədbir keçiriləcək.

Birinci tədbir, Beynəlxalq Muzeylər günü mövzusuna – “Muzeylər və mübahisəli tarixi məqamlar – Muzeylərdə deyilməyənlərin səslənməsi” uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylərə “1920-50- ci illərdə represiyyalar” adlı vahid bir mövzu əsasında Milli Azərbaycan Tarixi Muzeyində “Sonuncu ünvan…” adlı tədbir keçiriləcək. Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil olunmuşdur.

Ardınca isə “Muzey “Təşəkkür edir” ” adlanır. Tədbirdə 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə muzeyin təşəkkürnamələri təqdim olunacaq.

Tədbirin təşkilatçısı Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsidir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)