Milli filmlər adlı intellektual yarış

Edumap.az xəbər verir ki,”Milli filmlər” adlı intellektual yarış layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclərimizin milli filmlər haqqındakı biliklərini sınayacaqları bir platforma təşkil etmək və milli-mədəni arxivimizi gənclərə tanıtmaqdır.
Layihə 2 mərhələdən ibarətdir. Birinci mərhələdə qeydiyyatdan keçən komandalar arasında seçim turu olacaqdır. Seçimi uğurla başa vurmuş komandalar Final mərhələsində iştirak haqqı qazanacaqdır. Final mərhələsi özü də 2 hissədən ibarətdir: 1-ci hissədə finalda iştirak edən komandalar “Kino-sitat” adlanan turda iştirak edəcək. Daha sonra ən çox xal toplamış komandanın üzvləri fərdi olaraq “Video-sujet” turunda yarışacaqlar.
Qalib komanda və iştirakçılar qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaqdır.
Son qeydiyyat tarixi 18.11.2016-cı il.

Qeydiyyat linki :

Bir cavab yazın

Back to top button