Milli Qəhrəman Mübariz İbrahimov adına Hərbi Bilik Olimpiadası

“Milli Qəhrəman Mübariz İbrahimov adına Hərbi Biliklər Olimpiadası” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclərə vətənpərvərlik ruhunun aşılanması və hərbi biliklərə yiyələnməsidir.
Layihə 2 mərhələdən ibarətdir. Birinci mərhələdə qeydiyyat formasını düzgün dolduran şəxslər “Nəzəri biliklər” adlanan mərhələdə mübarizə aparacaqlar. Daha yüksək nəticə göstərən ilk 25 iştirakçı “Vizual biliklər” adlanan 2-ci mərhələdə iştirak hüququ əldə edəcəkdir.
Finalda mübarizə aparan bütün iştirakçılar sertifikatla, ilk 3 pillənin sahibləri isə diplom və hədiyyələrlə təltif olunacaqdır.

Qeydiyyat linki:

Bir cavab yazın

Back to top button