28 Sentyabr 13:23

Milli Turizm Sammiti – 2018

Milli Turizm Sammiti – Azərbaycanın Milli Turizm brendi üzrə strategiyası və bu strategiyanın yaradılması, eləcə də idarə edilməsinin müzakirə olunacağı yeganə tədbirdir.

Milli Turizm Sammiti Azərbaycanda turizm sənayesi iştirakçılarının daxili və gəlmə turizminin inkişafı yolları, marketinq və təbliğatı üsullarının qarşılıqlı əməkdaşlıq şəkildə müzakirəsi üçün platformadır.

Sammit Azərbaycanın turizm istiqaməti kimi təqdim edilməsində iştirak edən dövlət və özəl sektor nümayəndələrini həvəsləndirmək üçün interaktiv və nəticəyönümlü imkanlar yaradır.

Milli Turizm Sammitinin məqsədləri:

– Milli turizm brendinin hazırlanmasında iştirak edən komandanın turizm sənayesində çalışan mütəxəssislərə təqdim edilməsi;
– Dövlət və özəl sektor nümayəndələrinin turizmlə bağlı məsələləri ünvanlandırmaları üçün platformanın təmin edilməsi;
– Azərbaycanın təbliğatı üçün marketinq şəbəkələşməsi və imkanlarının genişləndirilməsi və turizm sənayesi daxilində resursların cəmləşdirilməsi ilə sinerjinin yaradılması.

18 oktyabr, saat 8:30 – 14:00

Bakı Konqres Mərkəzi

Təbriz küçəsi 103, Bakı, Azərbaycan

Ətraflı: https://www.turizmsammiti.az/

Bəyən və paylaş

Rəylər

rəy(lər)