Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində vakansiya

Azərbaycan Respublikasının Təhsil İnstitutu Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinə vakansiya elan edir.

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi müxtəlif mövzularda tədqiqat təklifləri yazır, tədqiqatların bütün mərhələlərini həyata keçirir, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarını (PISA, PIRLS, TIMSS, ICILS və TALIS) Azərbaycanda təşkil və kordinasiya edir, hesabatlar tərtib edir və tədqiqat nəticələrinə əsaslanan siyasət tövsiyələrini hazırlayır.

Vəzifə öhdəlikləri:
-Təhsil sahəsinə aid tədqiqatların təklif olunması;
-Təqdiqatın dizayn olunması, metodologiyasının hazırlanması, tədqiqat iştirakçılarının seçimi, metodologiyaya uyğun addım və proseslərin kordinasiya olunması, nəticələrin yığılması, təmizlənməsi və təhlil olunması;
-Tədqiqata aid hesabatın və təqdimatın hazırlanıb, aidiyyatı qurum və bölmələrlə paylaşılması;
-Milli qiymətləndirmələrin keçirilməsinə (təşkilati və təhlil) dəstək göstərilməsi;
-Beynəlxalq qiymətləndirmələrin keçirilməsində iştirak – beynəlxalq yazışmalar, görüşlərdə iştirak, lazımi sənədlərin və məlumatların vaxtında və yüksək keyfiyyətdə beynəlxalq mərkəzə təqdim olunması;
-Şöbənin digər cari işlərində dəstək göstərilməsi.

Tələblər:
-Ali təhsil
-Tədqiqat (kəmiyyət və keyfiyyət) aparılması üzrə nəzəri biliklər, bacarıqlar və təcrübə
-Kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq və təhlil etmək bacarığı
-Sorğu hazırlamaq bacarığı və təcrübəsi
-Data analizi üzrə proqramlardan ən azı biri üzrə nəzəri biliklər və təcrübə
-Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı
-Təhsil siyasəti üzrə biliklər
-Təhsil sahəsində işləmək həvəsi

Müsabiqədə iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən 26.11.2021-ci il tarixinədək CV-lərini[email protected]elektron ünvanına “Tədqiqat üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az