Mingəçevirdə vakansiyalar

Vacancy: Xadimə (Mingəçevir)

Tələblər:

• İş təcrübəsi – 2 ildən
• Təmizkarlılıq, səliqəlilik
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı
• Punktual, işinə məsuliyyətli, diqqətli

Vəzifələr:

• Ərazinin, zalın, ofisin, mətbəxin və s. təmizlənməsi
• Mağaza daxili gündəlik təmizlik işləri aparmaq
• Mağaza direktorunun tapşırıqlarını yerinə yetirmək

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, bazar günü – istirahət günü
• Əmək haqqı – 350 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “ Xadimə (Mingəçevir) Edumap.az” qeyd edərək CV-nizi
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.


Vacancy: Fəhlə (Mingəçevir)

Tələblər:

• fiziki cəhətdən güclü olmalı
• məsulliyyətli, punktual, komandada işləmək bacarığı

Vəzifələr:

• mağazaya daxil olan malların boşaldılması, yerləşdirilməsi
• təhlükəsizlik qaydalarına əməl etmək
• rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günü: 6 gün, 1 gün istirahət
• Əmək haqqı 350 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “ Fəhlə (Mingəçevir) Edumap.az” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.


 

Vakansiya: Satış Məsləhətçisi (Mingəçevir)

Vəzifələ öhdəlikləri:

• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Tələblər:

• Satış təcrübəsi arzu olunandır
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü)
– Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
– Şirkət daxili təlim və inkişaf imkanları
– Karyera yüksəlişi imkanı
– Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış məsləhətçisi (Mingəçevir) Edumap.az” qeyd edərək öz CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.


 

Vacancy: Kassir (Mingəçevir)

Vəzifələr:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir;
• Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir;
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır;
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil; verilməsini təmin edir;
• Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir;
• Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir;
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir.

Tələblər:

• Ali təhsil;
• Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
• Microsoft Office programları üzrə biliklərə malik olmalı;
• İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

İş şəraiti:

– Əmək məcəlləsinə uyğun sənədləşmə;
– İş qrafiki: 6 gün iş, 1 gün istirahət.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində “Kassir (Mingəçevir) Edumap.az” yazaraq [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.


Vacancy: Mağaza direktoru (Mingəçevir)

Vəzifələr:

• Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
• Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edilməsi;
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması;
• Assortimentin və satışın analizi;
• Daxili inventarizasiyanın aparılması;
• Müştərilərlə iş.

Zəruri tələblər:

• Elektronika mağazasında idarəedici vəzifədə 2 il və ya kredit sahəsində 3 il iş təcrübəsi;
• MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır;

Şəxsi keyfiyyətlər:

• Liderlik xüsusiyyətləri;
• Yaranmış problemləri həll etmə bacarığı;
• Nəticə yönümlülük;
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
• Komandada işləmək bacarığı.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: 6 iş günü, 1 gün istirahət.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktoru (Mingəçevir)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.


 

Vacancy: Kreditor (Mingəçevir)

Tələblər:

• Ali təhsil;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Azərbaycan dilini səlis, rus dilini bilməsi arzu olunandır;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Mükəmməl kommunikasiya qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• İş təcrübəsi arzu olunandır.

Vəzifələr:

• Müştəriyə kredit məhsulları haqqda məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına dair xidmətlər;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;

– Əmək məcəlləsinə uyğun sənədləşmə;
– İş qrafiki: 6 iş günü, 1 gün istirahət.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində “Kreditor (Mingəçevir)” yazaraq [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button