2 Dekabr 19:26

“Minimalizm” adlı aylıq foto müsabiqə

“ Minimalizm” aylıq fotomüsabiqəsi.

Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu dekabr ayı ücün “Minimalizm” adlı aylıq foto müsabiqə elan edir.
Müsabiqəyə təqdim olunan fotolarda kompozitsiya,işıq,rəng və s.kimi elemntlərdən istifadə edildikdə minimal detalardan və fiqurlardan istifadə olunmalıdır. Gündəlik həyatımızda baş verən prosesləri əhatə etməlidir.Fotolar küçə fotoqrafiyasından tutmuş,portret,etüd,peyzaj,makro və natürmortlarda təqdim oluna bilər.

Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq.Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 27 dekabr tarixinə kimi təqdim olunmalıdır. Bədii şuraya təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,famili,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində hec bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə(real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş dekabr ayında çəkilmiş işlər qəbul olunur.Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe bağlı qrupda yerləşdiriləcək.
Müsabiqənin yekunu 29 dekabr “Açıq qapı günü” toplantısında elan olunacaq.

Kordinator Iradə Qədirova.

Bəyən və paylaş

Rəylər

rəy(lər)