“Minimalizm” müsabiqəsinə yekun vurulub

27 dekabr tarixində Azərbaycan Milli QHT forumunun mənzil qərargahında “Açıq qapı” günü keçirilərək AFB-in dekabr ayı üçün aylıq müsabiqəsi olan “Minimalizm” müsabiqəsinə yekun vuruldu.Müsabiqədə ümumilikdə 24 fotograf, 72 foto və 1 fotoseriya iştirak edirdi.Ramiz Tarverdiyev, Sevinc Aslanova və Eldar Əkbərovdan ibarət münsiflər heyəti bu ayın qaliblərini müəyyən etdilər Ayın ən yaxşı fotolarının sahibləri Ayaz Mikayılzadə, Nikolay Şeqlov, Elxan Qəniyev və Vüqar İbadov seçildilər. Qaliblər diplom və hədiyyələrlə təltif edildilər. Qeyd etmək lazımdır ki, müsabiqənin koordinatoru Rəsul Rəhimov olmuşdu.
Tədbirdə həmçinin 21 dekabrda OİC youth forumun İstanbulda təşkil etdiyi “Photo4tolerance” beynəlxalq fotomüsabiqədə 3cü yer qazanmış AFB-in İdarə heyətinin üzvü və İctimaiyyətlə əlaqələr şöbəsinin sədr müavini İradə Qədirova və 26 dekabrda Natgeo Russia tərəfindən “Günün şəkli” ilə fərqlənən üzvümüz Nikolay Şeqlov təbrik edildilər.

1919432_1026820774023929_8730651420633792527_n 1923884_1026820634023943_4805262878916074524_n 1479536_1026821180690555_3664225365137023514_n

Bir cavab yazın

Back to top button