6 Fevral 15:43

“Miqrant”adlı foto və video müsabiqə

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “19 mart – Azərbaycan Respublikası Miqrasiya orqanları işçilərinin peşə bayramı günü” münasibətilə “Miqrant”adlı foto və video müsabiqə elan edir!Müsabiqəyə təqdim olunan foto və video materiallarda həm qanuni, həm də qanunsuz miqrasiya ilə bağlı miqrant həyatı, miqrasiya sahəsi üzrə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların, qaçqınların və s. insanların həyat tərzi, miqrantların cəmiyyətə faydası və inteqrasiyası, insanların bu şəxslərə münasibəti, ictimai faydalı mesajlar əksini tapmalıdır.

Şərtlər

İştirakçılar 16 yaşdan yuxarı olmalıdır.

Müsabiqəyə həm peşəkar, həm də həvəskarlar qatıla bilərlər.

Müsabiqədə yerli və xarici müəlliflər iştirak edə bilərlər.

Hər iştirakçı yalnız 1 nominasiya üzrə müsabiqədə iştirak edə bilər.

Göndərilən işlər müsabiqənin şərtlərinə uyğun gəldiyi halda müəlliflər iştirakçı statusu qazanmaları haqda məlumatlandırılacaqlar.

Hər nominasiya üzrə 6 ən yaxşı iş (1-ci yer 1 nəfər, 2-ci yer 2 nəfər, 3-cü yer 3 nəfər) seçiləcək və 19 mart – Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü” münasibətilə təşkil olunacaq tədbirdə qalib və mükafatçılara qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.

Foto müsabiqə

Foto şəkillər JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Fotolar  [email protected] email ünvanına məzmun yerində FOTO yazılaraq göndərilməlidir.

Əlavə olunmuş faylda iştirakçılar adları, yaşları, peşələri, əlaqə vasitələri, foto şəklin çəkildiyi yer, işin adı, foto şəkil barədə qısa məlumat təqdim etməlidirlər.

Müəlliflər təqdim etdikləri fotoların onlara məxsus olduğunu təsdiq etməlidirlər.

Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək  hüququndadır.

Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu  yerləşdirmək olmaz.

Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə  proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir)

Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür.

Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq.

Fotolar kodlaşdırılaşdırılaraq münsiflər heyətinə anonim təqdim olunacaq.

Başqa müəllifə aid, internetdən və ya digər mənbələrdən mənimsənilmiş fotolar qəbul edilmir.

Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən fotolar qəbul edilmir.

1 müəllif maksimum 3 foto təqdim edə bilər.

Mükafata layiq görüləcək fotolar böyük  formatda müəlifdən sərgi üçün tələb olunacaq.

Video müsabiqə

Video materiallar süjet (xronometraj maksimum 2 dəqiqə), reportaj (xronometraj maksimum 5 dəqiqə), qısametrajlı film (xronometraj maksimum 15 dəqiqə), və ya NO COMMENT tipli video blok (xronometraj maksimum 2 dəqiqə) şəklində təqdim oluna bilər.

Video materiallar WeTransfer vasitəsilə məzmun yerinə VİDEO yazılaraq [email protected] email ünvanına göndərilməlidir.

Həmin ünvana müəllifin və ya prodakşının adı, əlaqə vasitələri, işin adı, video haqqında qısa məlumat təqdim edilməlidir.

Video materiallar MP4 formatda Dövlət Miqrasiya Xidmətinin əsas binasına (AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202. Metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında) disk şəklində də təqdim edilə bilər.

Video materiallarda arxiv videolardan, müxtəlif televiziya kanallarına məxsus kadrlardan qismən istifadəyə yol verilir.

Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən video materiallar qəbul edilmir.

Müsahibə qəbul edilmir.

Hər müəllif maksimum 3 video material təqdim edə bilər

Foto və video materiallar 3 mart  2019-ci il tarixədək təqdim edilməlidir.

Mükafat

1-ci yer –  Notbuk

2-ci yer –   Planşet

3-cü yer – Mobil telefon

Qeyd: Yaradıcı müəlliflərlə gələcəkdə əməkdaşlıq ediləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)