Əsas vəzifə və öhdəliklər:
- Google Analytics hesabatlarını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
- Ödənişli sosial reklamları (paid social ads) nəzarətdə saxlamaq
- Google Adwords kampaniyalarını idarə etmək
- Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək
- Axtarış optimizasiyası (SEO) üçün tədbirlər görmək
- Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək
- Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək
- Brendin imicinin artırılması və marketinq ünsiyyət vasitələri strategiyasına töhfə vermək məqsədilə əlavə dəyər layihələri üzrə fikirlər irəli sürmək və həyata keçirmək
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Riyaziyyat və İT üzrə təhsil üstünlük hesab olunur)
- Rəqəmsal Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi (reklam agentliklərində və e-kommersiya sahəsində işləmə təcrübəsi üstünlük hesab olunur)
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müasir rəqəmsal texnologiyalar üzrə bilik
- Onlayn araşdırma bacarığı
- Komandada işi və əməkdaşlıq
- Nəticəyə yönümlülük
- Davamlı özünü təkmilləşdirmə
- Azərbaycan (səlis) və İngilis (səlis) dili bilikləri (Rus dili biliyi üstünlük hesab olunur)
- HTML, CSS, JavaScript üzrə ilkin biliklərin olması üstünlükdür
- Google Adwords, Google Analytics və ya bu sahə üzrə müvafiq sertifikatın olması üstünlükdür
Əlavə məlumat:
- İş qrafiki: tam ştat
- İş müddəti: daimi
- Son müraciət tarixi: 22/10/2017