“Molla Nəsrəddin – Azərbaycan – 2016” Beynəlxalq Karikatura Müsabiqəsi
Mövzu: “Multikulturalizm”
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi “Molla Nəsrəddin – Azərbaycan – 2016” Beynəlxalq Karikatura Müsabiqəsini elan edir.
VII Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.
2016-cı il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. Məhz bu münasibətlə də “Molla Nəsrəddin Azərbaycan – 2016” Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu “Multikulturalizm” adlanır.
Müsabiqənin şərtləri:
- 1. Müsabiqənin mövzusunun adı: “Multikulturalizm” (Tolerantlıq).
2. İşlərin qəbulunun son tarixi: 15 oktyabr 2016.
- Müsabiqə internet vasitəsilə keçirilir.
- Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
- Karikaturaları 300 dpi, jpg formatında
elektron ünvana göndərə bilərsiniz.
- Göndərilən karikaturalara Beynəlxalq münsiflər heyəti qiymət verəcəkdir.
- Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət kitab hazırlanacaqdır.
Mükafatlar:
I Yer – qızıl medal və diplom
II Yer – gümüş medal və diplom
III Yer – bürünc medal və diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı
Bayram Hacızadə
“Molla Nəsrəddin – Azərbaycan – 2016”
Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri
Ünvan:
AZ1009, Azərbaycan, Bakı
Salatın Əsgərova 86 (Şirvanşah)
E-mail: [email protected]