Monitorinq qrupunun baş mütəxəssisi (qrup rəhbəri) vakansiyası

Əsas öhdəliklər:

  • Qrupun işçiləri arasında vəzifə və iş bölgüsünü aparmaq

  • Qrupun işçilərinin öz vəzifələrini vaxtında və düzgün yerinə yetirmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarəti həyata keçirmək

  • Qrupun işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar vermək

  • advertisement
  • Qrupun işinin təşkilatın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurulmasını təşkil etmək

  • Qrupa daxil olmuş sənədlərin yönləndirilməsini təmin etmək və icrasına nəzarəti həyata keçirmək

  • Vəsaitlərin təyinatı üzrə istifadəsinə, şəffaflıq tələblərinə uyğun icrasına nəzarət edilməsi məqsədilə sahibkarlıq subyektləri üzrə aparılacaq monitorinqlərin qrafikinin hazırlanmasına nəzarət və təsdiq olunması üçün müvafiq qaydada təqdim etmək

  • Sahibkarlıq subyektlərində kameral şəkildə monitorinqlərin aparılmasını təşkil etmək və keçirilmiş monitorinqlərin nəticələrinə dair rəyləri tələb etmək

  • Sahibkarlıq subyektlərində müvəkkil kredit təşkilatları ilə birgə və müstəqil monitorinqlərin aparılmasını təşkil etmək və keçirilmiş monitorinqlərin nəticələrinə dair tərtib edilmiş aktları tələb etmək

  • advertisement
  • Təşkilat tərəfindən keçirilmiş monitorinqlərin nəticələrinə dair hesabatın hazırlanmasına nəzarət etmək və onları imzalanması üçün İdarə Heyətinin sədrinə müvafiq qaydada təqdim etmək

  • Müvəkkil kredit təşkilatlarının sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqinin aparılmasına və aparılmış monitorinqlərlə bağlı hesabatların mütəmadi olaraq alınmasına nəzarəti təmin etmək

  • Qrupun fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatların hazırlanmasını təmin etmək


Namizədə dair tələblər:
advertisement

  • Maliyyə, iqtisadiyyat və ya bank işi sahəsində ali təhsil;

  • Rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla iş stajı;

  • Vergi, gömrük və bank sahəsində təcrübə;

  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;

  • advertisement
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;

  • Banklarla və sahibkarlarla lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;

  • Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı;

  • Operativ və düzgün qərar vermək bacarığı;

  • Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı;

  • advertisement
  • ACCA (F7 və F9) və CFA (1-ci səviyyə) sertifikatlarının olması arzuolunandır;

  • MS Office (xüsusi ilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

  • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.


Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə[email protected]e-mail ünvanına göndərə bilərlər.
advertisement

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az