10 Fevral 07:47

Monopoliya oyunu üzrə Azərbaycan Çempionatı

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Fabrika Kovorkinq Mərkəzinin tərəfdaşlığı ilə Monopoliya stolüstü oyunu üzrə Azərbaycan Çempionatı təşkil olunacaq.

80 illik tarixi olan stolüstü oyununun Çempionatında iştirak et !

Gəncsən və Monopoliya oyunu üzrə 2016 Azərbaycan Çempionatının iştirakçısı olmaq istəyirsən!

“Monopoliya” oyununun qaydalarını öyrən!

http://monopoly.coworking.az/ saytında qeydiyyatdan keçməyə tələsin və Monopoliya oyununun qaydalarına aid suallara düzgün cavab verən ilk 150 nəfər siyahısına düş.

Azərbaycan Çempinatının qalibi ol !

Çempionat 5 mərhələdən ibarətdir:
– Qeydiyyat və tanıtım günü
– Seçmə mərhələsi
– ¼ final
– Yarım final
– Final

Qeydiyyatın bitmə tarixi – 11 fevral 2016 il, saat 23:59

Çempionatın tanıtım günü, oyunların tarixləri və keçiriləcəyi məkan:
– 13 Fevral saat 13:00 – 16:00 – Qeydiyyat və tanıtım günü
– 14 Fevral saat 12:00 – 18:00 – Seçmə oyunları (mərhələsi)
– 21 Fevral saat 12:00 – 18:00 – Seçmə oyunları (mərhələsi)
– 27 Fevral saat 12:00 – 16:00 – ¼ final
– 28 Fevral saat 12-00 – 14:00 – ½ final
saat 15-00 – 19:00 – Final
Məkan: Fabrika Kovorkinq Mərkəzi

Layihə rəhbəri: Tamerlan Məmmədov
E-poçt: [email protected]m
Mob. nömrə: +994 50 722 113

youthfoundation.az

Bəyən və paylaş