Montessori Təhsil Sistemi nədir?

İtaliyanın ilk qadın həkimi, pedaqoq və antropologiya professoru Maria Montessori tərəfindən inkişaf etdirilən Montessori təhsili, əsas etibarilə metodlara deyil, insan şəxsiyyətinə əsaslanır. Montessori təhsili uşaqlara öz qərarlarını vermək üçün bir çox seçim təqdim etməyi, gizli istedadlarını üzə çıxarması üçün uyğun mühitləri təmin etməyi və real həyatda qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gəlmək bacarığını təmin etməyi hədəfləyir. Montessori təhsilində uşaqlar özləri öyrənmək üçün yaradıcı seçimlər edərkən, müəllim yaşa uyğun fəaliyyətlər təqdim edərək prosesi idarə edir.

 

Montessori Təhsil Sistemi nədir?

1900-cü illərin əvvəllərində Romada Maria Maria Montessori tərəfindən hazırlanmış bu yanaşmanın mərkəzində uşaqlar var, mühitin hazırlanmasında və mühitlə qarşılıqlı əlaqədən müəllim cavabdehdir. Montessori yanaşması akademik inkişafa dəstək olur, eyni zamanda uşaqların bir şəxsiyyət kimi və bacarıqlarına uyğun öyrəndiklərinə diqqət yetirir. Bundan əlavə özünə inam, təşəbbüskarlıq, konsentrasiya, məsuliyyət , insanın nə istədiyini bilmək, müstəqillik və başqalarına hörmət etmək, bu yanaşmanı xarakterizə edir.

Montessori təhsilinin tətbiq olunduğu siniflər, müəyyən yaş qruplarına aid uşaqların ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanmış mühitlərdir. Maria Montessori, bu tip sinif otaqlarında eksperimental öyrənmənin dil, riyaziyyat, elm, musiqi, sosial təsirlər , əlaqələr və bir çox başqa şeyləri daha dərindən qavranılmasına səbəb olduğunu kəşf etdi.

Montessori metodunun tətbiq olunduğu siniflərdə, hər bir material uşağın təbii maraqları ilə cari fəaliyyətlər arasında bir harmoniya yaradaraq, uşaq inkişafının fərqli aspektlərini dəstəkləyir. Uşaqlar öz təcrübələri və templəri ilə öyrənə bilərlər. Montessori təhsilində, bütün insanlarda olan  təbii marağını hər an təmin etmək azadlığına sahib olan uşaqlar, bunun köməyi ilə ömür boyu davam edəcək öyrənmə təcrübələri üçün möhkəm bir zəmin yarada bilərlər.

Montessori təhsil mühitləri uşaqların anadan olandan orta məktəbə qədər öyrənməsini dəstəkləyir.

Montessori Fəaliyyətləri Yaşa görə nədir?

UŞAQLAR / YENİ GƏZMƏYƏ BAŞLAYAN UŞAQLAR (0 ilə 3 yaş arası uşaqlar üçün)

 

  • Uşaqlar üçün təhlükəsiz, cəlbedici və dəstəkləyici bir mühit təmin edin.
  • Uşaqları özlərinə və dünyaya güvənməyə təşviq edin.
  • Yeni ortaya çıxan bacarıqlarına etibar etsinlər.
  • Ümumi motor koordinasiyasını (bədən hərəkətlərinin koordinasiyası), incə motor bacarıqlarını (əl, ayaq, bilək, barmaqlar, dırnaqların, ayaq barmaqları, dodaq və dil hərəkətləri ) və dil biliklərini inkişaf etdirin.
  • Gündəlik işdə müstəqil olmaq imkanı verin.

 

UŞAQ BAĞÇASI (3 ilə 6 yaş arası uşaqlar üçün)

 

  • Funksional müstəqilliyin, əzmkarlığın və özünü tənzimləmə qabiliyyətinin inkişafını təşviq edin (Hisslərini idarə etmə və tənzimləmə).
  • Hörmətli və açıq ünsiyyət, təhlükəsiz və təbii nəticələr vasitəsilə sosial inkişafa dəstək verin.
  • Duyğu anlayışının, savadlılığının və riyaziyyat anlayışının inkişafı üçün müxtəlif materialları yanında olsun .
  • Özünə güvənən və yaradıcı, özünü göstərməsinə imkan verən xəyali araşdırma təqdim edin

 

İBTİDAİ SİNİF (6 ilə 12 yaş arası uşaqlar üçün)

 

  • Uşağın maraqlarının dəstəkləndiyi və istiqamətləndirildiyi intellektual araşdırmalar üçün imkanlar təmin edin.
  • Özünə inam, təxəyyül, intellektual müstəqillik və özünütəsdiq kimi bacarıqların inkişafına kömək edin.
  • Uşağı yaşadıqları cəmiyyətdəki, mədəniyyətdəki və vəhşi həyatdakı rollarını anlamağa təşviq edin.

 

YENİYETMƏLİK (12 ilə 15 yaş arası yeniyetmələr üçün)

 

  • İdeal olanı, yeniyetmələrin təsərrüfat rəhbərliyinin və iqtisadi həmrəyliyin bütün aspektləri ilə məşğul ola biləcəkləri bir fermada işləməsidir. Yeniyetmələri kənd təsərrüfatı olmayan mühitə də daxil edin.
  • Yeniyetmələrin, özlərini daha dərindən anlamalarına kömək edin.
  • Akademik biliklərin tətbiqi üçün mühit təqdim edin.
  • Şəxslərarası münasibətlərdə özünü ifadə etmə, özünə inam və çevikliyin inkişafını vurğulayın.

 

 

 

Hər şeydən əvvəl, bütün Montessori sistemi hər bir uşağın fərdi gücünü və maraqlarını nəzərə alaraq inkişaf etdirir. Montessori metodu, uşaqları dünyanı kəşf etməyə və içindəki bütün həyat formalarını, sistemlərini və qüvvələrini anlamağa və hörmət etməyə təşviq edir.

Hazırladı: Edumap.az Komandası

Mənbə: https://montessori-nw.org/what-is-montessori-education/

Bir cavab yazın

Back to top button