Cümə axşamı, 21 Avqust, 2025

"Moto kuryer" layihəsi


  • Dərc edildi: 1 Sentyabr, 2021 - 13:01
"Moto kuryer" layihəsi

"Moto kuryer" layihəsi

"Moto Kuryer" layihəsi Kommersiya Banklarının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və 189 Delivery şirkəti tərəfindən birgə həyata keçirilir. Layihə çərçivəsində 15 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsin məşğulluğu təmin ediləcək.   İlk növbədə layihədən yararlanmaq istəyən şəxslərin online qeydiyyatı aparılacaq, seçim mərhələsindən sonra uyğun namizədlər çatdırılma xidməti zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımı avadanlıqlarla təmin ediləcək və 189 Delivery şirkəti tərəfindən işə götürüləcək.   Həmçinin layihə çərçivəsində uyğun namizədlərə 189 Delivery şirkəti tərəfindən təlimlər keçiriləcək, lazımı geyim və çanta təqdim ediləcək.   Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə üstünlük veriləcək.   Layihədən yararlanmaq istəyən işsiz şəxslər qeyd edilən linkə daxil olaraq “Layihələr üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçə bilərlər:https://forms.gle/6KZ8wAwjBuNHddR6A   Qeyd edək ki, layihəyə son müraciət tarixi 10 Sentyabr 2021-ci il müəyyən edilib.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 153
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7105
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1843
Azərbaycan Texnologi...