11 Dekabr 23:13

MS Excel 2010 Təlimləri | Education WG

Əziz gənclər,

Sizləri AEGEE-Bakı Təhsil İşçi qrupu tərəfindən “MS Excel 2010 Təlimləri” layihəsi tərkibində keçiriləcək ödənişsiz təlimdə iştirak etməyə dəvət edirik.

– Layihənin məqsədi gənclərin Excel proqramından istifadə bacarıqlarını artırmaq və fəaliyyət göstərəcəkləri sahələrdə biliklərini tətbiq etmələridir.

Bu təlimlərdə öyrənəcəkləriniz:

* Hesablamaların aparılması,
* Formulalar və funksiyaların istifadəsi,
* Cədvəllərin hazırlanması,
* Yazıların, xanaların və cədvəllərin formatlanması,
* Diaqramların yaradılması,
* Excel səhifəsinin çapa hazırlanması,
* Məlumatların analiz edilməsi,
* Makrolardan istifadə edilməsi.

• Vaxt: 15 yanvar (8 həftə davam edəcək)
Şənbə və Bazar

• Məkan: Xəzər Universiteti

– Təlim dili: Azərbaycan dili
– Excel proqramının dili: İngilis dili

Təlimçi: Orxan Abbaszade 2011-də Qafqazı bitirib, hal-hazırda SOCAR-da iqtisadçı işləyir.

Layihə sonunda imtahan keçiriləcək və imtahandan uğurla keçən iştirakçılar sertifikatla təltif olunacaqlar.

– Əgər siz də bu təlimdə iştirak etmək istəyirsinizsə, aşağıdakı linkə daxil olaraq QEYDİYYAT formunu doldura bilərsiniz:

https://goo.gl/forms/nCvsLUtybzYRy39c2

*QEYDLƏR:

• Son müraciət: 22 dekabr, saat 23:59
• İlk mərhələni uğurla keçən iştirakçılar 24 dekabr müsabiqəyə dəvət olunacaqlar.
• Təlimlərin hər birində iştirak etmək vacibdir.
• Təlim ödənişsizdir və yanlız müsabiqəni uğurla keçənlər dərslərə qatıla biləcək.

“Avropa Tələbələr Forumu – Bakı” İctimai birliyi
[email protected]
www.aegee-baki.org
Tel: (+99412) 4921543, +555306662

Muhammed Gamarli :
+994502139210
+994556782140

 

Bəyən və paylaş