13 İyun 18:08

“MS Lab internship” 2019 Yay təcrübə proqramı

NRYTN-nin İKT LAB Tətbiq və Tədris Mərkəzi və Microsoft Azərbaycan şirkəti “MS Lab internship” 2019 Yay təcrübə proqramını elan edir.

İKT LAB Tətbiq və Tədris Mərkəzində yeni yaradılmış Microsoft Laboratoriyasının ilk təcrübə proqramı “Əşyaların interneti – İnternet of Things” sahəsinə həsr edilir.
Təcrübə proqramı çərçivəsində peşəkar mentorların dəstəyi ilə “Əşyaların interneti” sahəsi üzrə real layihə senarilərinin reallaşdırılması həyata keçiriləcəkdir.

Təcrübə proqramının məqsədi gəncləri real layihə icrasına cəlb etmək və əşyaların interneti üzrə yeni startaplar yaratmaqdır.
Təcrübə proqramına aşağıdakı kateqoriyalar üzrə şəxslər müraciət edə bilərlər:
• Bakalavrlar
• Kollec tələbələri
• Magistrlar
• Fərdi proqramçılar
• Startaplar
Təcrübə proqramında iştirak üçün aşağıdakı sahələrin hər hansı biri üzrə baza bilikləri və Əşyaların interneti sahəsi üzrə layihə icra etmək istəyi olmalıdır:
1. C / C++, C#, Python proqram dillərinin istənilən birində baza səviyyə
2. Mikroelektronika və Arduino baza bilikləri

Yay təcrübə proqramından qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

Daha ətraflı:➡️ http://bit.ly/2Icvwbx

Ətraflı məlumat üçün 21 iyun saat 10:00-da İKT LAB-da keçiriləcək infosesiyada iştirak edə bilərsiz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)